EN

Bloomberg: Hindistan Rusiyadan neft almağa davam edir

Hindistan şirkətləri ABŞ və Aİ-nin təzyiqlərinə baxmayaraq, Rusiyadan neft almağa davam edir. Agentliyin məlumatına görə, ötən həftə sonu ən azı dörd tanker Hindistanın neft emalı zavodlarında milyonlarla barel Rusiya neftini boşaldıb.

“Bloomberg” daha əvvəl bildirmişdi ki, Rusiya nefti daşıyan bir neçə gəmi, o cümlədən “Axilles”, “Elyte”, “Destan” və “Horae tankerləri də daxil olmaqla Hindistanın qərb sahillərində lövbər salıb.

Avqustun 4-də Ağ Ev rəhbərinin müavini Stiven Miller bildirib ki, cənab Tramp Hindistanın Rusiya neftini almasına Ukraynadakı hərbi əməliyyatların maliyyələşdirilməsi kimi baxır.

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Hindistan hakimiyyətini Rusiyadan neft almağı dayandırmağa çağırıb. Agentlik qeyd edir ki, yaxın gələcəkdə daha 2.2 milyon ton Rusiya neftinin boşaldılması gözlənilir.

Chosen
11
banker.az

1Sources