EN

Ölümündən əvvəl video çəkibmiş... - Foto

  Masallı rayonunda intihar hadisəsi baş verib.

Referans  xəbər verir ki, rayonun Nəzəroba kəndinin 1996-cı il təvəllüdlü sakini Fətulayev Pərvin Fəxrəddin oğlu özünü yaşadığı

evin həyətindəki tikilidə asıb.

Bildirilib ki, P.Fətullayev hadisədən əvvəl video çəkib. O, həmin videoda ailədaxili problemlərinin olduğunu bildirib, həmçinin aldığı

kəndiri göstərib. Az sonra P.Fətullayev həyatına son qoyub.

Qeyd edək ki, P.Fətullayev 2016-cı ildə Aprel döyüşlərində iştirak edərək xəsarət alıbmış./“Qafqazinfo”

Chosen
21
13
referans.az

10Sources