EN

Krımda Rusiyanın 5 qırıcısı vurulub

Ukrayna Krım ərazisində pilotsuz təyyarələrin zərbələri nəticəsində Rusiyanın bir qırıcısının məhv edildiyi və dördünün zədələndiyi barədə məlumat verib.

"Cebheinfo.az" “Report”-a istinadən  xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir.

Bəyanatda qeyd olunub ki, hədəflər işğal olunmuş Krımda "Saki" hərbi aerodromuna gecə zərbə endirilməsi nəticəsində vurulub.

"Bir “Su-30SM” qırıcısı tamamilə məhv edilib, daha biri isə zədələnib. Bundan başqa, üç “Su-24” bombardmançı təyyarəsi vurulub ", - bəyanatda bildirilib.

"Saki" aerodromu Qara dənizdə Rusiya aviasiyasının əməliyyatları üçün əsas baza hesab olunur.

Qiymətləndirmələrə görə, bir “Su-30SM” təyyarəsinin dəyəri 35-50 milyon dollar arasında dəyişir.

"Cebheinfo.az" 

Chosen
10
7
cebheinfo.az

10Sources