EN

"Qarabağ" yeni transferini Şimali Makedoniyaya aparmadı

BAKI, 4 avqust. TELEQRAF

“Qarabağ” yeni transferi Coni Montyeli UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək Şimali Makedoniyanın “Şkendiya” ilə oyununu buraxacaq.

Bu barədə Teleqraf-a Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Klub rəsmisi bildirib ki, 26 yaşlı vinger bu gün komanda ilə Şimali Mokedoniyaya getməyib.

Qeyd edək ki, “Şkendiya” ilə “Qarabağ” arasında ilk qarşılaşma avqustun 5-də Skopyedəki Toşe Proeski adına Milli Arenada baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab oyunu isə avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.

Chosen
12
teleqraf.com

1Sources