II Liqada növbəti mövsümün iştirakçı sayı və tərkibi dəqiqləşib.
Saytımızın əldə etdiyi məlumata görə, çempionatda 12 komanda mübarizə aparacaq.
Sənədləşmə məsələsinə barmaqarası yanaşı «Qusar» yarışdan kənarda qalıb. Şimal təmsilçisini «Ağstafa gəncləri» əvəzləyib.
Peşəkar Futbol Liqası (PFL) seçim zamanı idman prinsiplərinə sadiqlik nümayiş etdirib.
Qərb klubu ötən mövsüm Region Liqasının bürünc medallarını qazandığından, təşkilatçı qurum onların namizədliyi üzərində dayanıb.
«Ağstafa gəncləri» də II Liqanın tələblərini yerinə yetirməyə hazır olduğundan, PFL onların lehinə qərar qəbul edib.
SPORTİNFO.AZ