EN

Avtomobil körpüdən çaya düşdü - Xəsarət alanlar var - FOTO

Qubada avtomobil çaya aşıb.

Gundem.az xəbər verir ki, hadisə Xınalıq yolunda baş verib.

Belə ki, Şəki rayon sakini Sərdar Abbasovun idarə etdiyi 90-KE-880 dövlət nömrə nişanlı “Toyota” markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq körpüdən çaya düşüb.

Hadisə zamanı nəqliyyat vasitəsində olan sərnişinlər - Səbuhi Abbasov və Vüsalə Rəcəbova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Chosen
11
8
gundem.az

10Sources