Azərbaycan millisinin sabiq üzvü Cavid İmamverdiyevin yeni klubu bəlli olub.
Bu barədə futbolçu özü Offsideplus.az saytına məlumat verib.
35 yaşlı yarımmüdafiəçi bildirib ki, bundan sonra Region Liqası təmsilçisi "Xudat"ın formasını geyinəcək.
Qeyd edək ki, İmamverdiyevin son klubu 2-ci Liqa təmsilçisi “Quba” olub. O, futbolçu karyerası ərzində "Quba"dan başqa, “Karvan”, “Neftçi”, “Elazığspor” (Türkiyə), “Sumqayıt”, "Sabah", "Keşlə" və "Kəpəz"in formasını geyinib.