EN

İsrailli keçmiş kəşfiyyatçılardan Trampa çağırış: Qəzzada müharibəni dayandırın

BAKI, 4 avqust. TELEQRAF

Kəşfiyyat qurumunlarının keçmiş rəhbərləri də daxil olmaqla İsrailin 550 sabiq təhlükəsizlik rəsmisi ABŞ Prezidenti Donald Trampı Qəzza zolağında müharibəyə son qoyması üçün Baş nazir Benyamin Netanyahuya təzyiq göstərməyə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

Sabiq rəsmilərin ABŞ liderinə göndərdikləri məktubda deyilir:

“Bizim peşəkar fikrimiz budur ki, HƏMAS artıq İsrail üçün strateji təhlükə yaratmır”.

Keçmiş rəsmilər Trampı İsrail hökumətinin qərarlarına təsir göstərməyə və Təl-Əvivdən Qəzzada müharibənin dayandırılmasını tələb etməyə çağırıblar.

Məktubu imzalayanlardan biri olan “Şin Bet”in (təhlükəsizlik qurumu – red.) keçmiş rəhbəri Ami Ayalon söyləyib: “Əvvəlcə bu müharibə ədalətli, müdafiə xarakterli idi, amma biz bütün hərbi məqsədlərə nail olduqdan sonra bu müharibə artıq ədalətli deyil. Bu, İsraili öz təhlükəsizliyini və kimliyini itirməyə aparır”.

Chosen
30
teleqraf.com

1Sources