EN

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik

Ajans.az Fərmanı təqdim edir: zərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 244-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram: 1. Müəyyən edilsin ki: 1.1. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 74-cü maddəsinin 3-cü hissəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.2. həmin Məcəllənin 74-cü maddəsinin 3-cü hissəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi nəzərdə tutulur; 1.3. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.4. həmin Məcəllənin 28-1-ci maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 244-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin. 3. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 486 (Cild I); 2024, № 7, maddə 823) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin: 3.1. 2.1-ci bəndə “hissəsində (hər iki halda)” sözlərindən sonra “və 74-cü maddəsinin 3-cü hissəsinin birinci və ikinci cümlələrində” sözləri əlavə edilsin; 3.2. 2.1-2-ci bənddən “6-cı maddəsinin dördüncü, yeddinci – onuncu abzaslarında,” sözləri çıxarılsın; 3.3. 2.1-3-cü və 2.1-4-cü bəndlər müvafiq olaraq 2.1-4-cü və 2.1-5-ci bəndlər hesab olunsun və aşağıdakı məzmunda 2.1-3-cü bənd əlavə edilsin: “2.1-3. həmin Məcəllənin 6-cı maddəsinin dördüncü, səkkizinci – on birinci abzaslarında nəzərdə tutulmuş dövlətin vəzifələrini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;”; 3.4. 2.2-ci bənddən “6-cı maddəsinin on üçüncü və on dördüncü abzaslarında,” sözləri çıxarılsın; 3.5. aşağıdakı məzmunda 2.2-4-cü bənd əlavə edilsin: “2.2-4. həmin Məcəllənin 6-cı maddəsinin on dördüncü və on beşinci abzaslarında nəzərdə tutulmuş dövlətin vəzifələrini Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;”; 3.6. 2.3-1-ci bənddə “abzasında” sözü “abzasının birinci cümləsində” sözləri ilə əvəz edilsin; 3.7. 2.4-cü bənddə “on birinci” sözləri “on ikinci” sözləri ilə əvəz edilsin; 3.8. 2.11-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.12-ci bənd əlavə edilsin: “2.12. həmin Məcəllənin 74-cü maddəsinin 3-cü hissəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi nəzərdə tutulur.”. 4. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 153 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 629 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin: 4.1. 2.1-ci bəndə “Məcəlləsinin” sözündən sonra “28-1-ci maddəsinin birinci cümləsində,” sözləri əlavə edilsin; 4.2. aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin: “2.1-1. həmin Məcəllənin 28-1-ci maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;”.   İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 avqust 2025-ci il

Chosen
15
Ajans.az

1Sources