EN

Braziliyalı Qəbələyə gəldi – O, kimdir?

Premyer Liqaya qayıdan “Qəbələ” heyətini gücləndirməkdə davam edir.

Xeyli vaxtdır aparılan axtarışlar müsbət sonluqla nəticələnib.

Bölgə təmsilçisi braziliyalı futbolçu ilə müqavilə bağlamağa hazırlaşır.

Bu niyyətlə Eduardo Kunde ölkəmizə dəvət olunub. Mərkəz müdafiəçisi olan 27 yaşlı futbolçu “Sumqayıt”la “Şamaxı” arasında Qəbələdə baş tutan yoxlama matçını canlı izləyib.

Kunde tibbi baxışdan uğurla keçsə, “qırmızı-qaralar” onunla münasibətləri rəsmiləşdirəcək.

Vətənində “Avay”, “Kuyaba”, “Bruski” klublarının şərəfini qorumuş futbolçu Yaponiyada “Saqamihara”, Bolqarıstanda “Botev Vratsa”nın formasını geyinib.

Sonuncu iş yeri ötən mövsümdə İndoneziya təmsilçisi “Persis” olub.

“Qəbələ” yay fasiləsində heyətini Prins Ovusu (klubun U-19 komandasında cəlb olunub), İsaak Amoah (“Atletiko Sanlukenyo”, İspaniya). Paulo Quimbila (“Əl-Əhli”, Bəhreyn) və Adriel Ba Loua (“Kan”, Fransa) ilə gücləndirib.

HƏBİB

Chosen
82
sportinfo.az

1Sources