EN

Sahibə Qafarova Tənzilə Narbayeva ilə görüşdü

BAKI, 4 avqust. TELEQRAF

Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistanın Avaza şəhərinə işgüzar səfəri çərçivəsində Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.

Teleqraf xəbər verir ki, görüşdə ölkələr arasında münasibətlərin dinamik inkişafından məmnunluq ifadə olunaraq, əlaqələrimizin dərinləşməsində ölkə başçılarının müstəsna rolu xüsusi vurğulanıb. Azərbaycan və Özbəkistan prezidentlərinin yüksək iradəsi sayəsində ikitərəfli münasibətlərimizin yeni və daha dinamik inkişaf mərhələsinə daxil olduğu qeyd edilərək, ölkələrin bir çox sahələrdə uğurla əməkdaşlıq etdiyi diqqətə çatdırılıb.

Söhbət zamanı, ölkələr arasında yüksək səviyyəli münasibətlərin ruhuna uyğun olaraq, parlamentlərimiz arasında da əməkdaşlığın dinamik inkişaf tempinə malik olduğu bildirilib.

Qeyd olunub ki, sıx təmaslar, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində keçirilən mütəmadi görüşlər və qarşılıqlı səfərlər qanunverici orqanlarımızın əməkdaşlığına mühüm və müsbət təsir göstərir.

Spiker Sahibə Qafarova özünün Özbəkistana çoxsaylı səfərlərini, o cümlədən, cari ilin iyul ayında Birinci Özbəkistan-Azərbaycan parlamentlərarası Forumunda iştirakını məmnunluqla xatırlayıb.

Forum çərçivəsində imzalanan “Parlamentlərarası əməkdaşlığın inkişafına dair 2025-2026-cı illər üçün praktiki tədbirlər planı”, həmçinin Milli Məclislə Özbəkistan Ali Məclisinin Parlamentlərarası əməkdaşlıq komissiyasının Reqlamentinin münasibətlərimizin gələcək inkişafı baxımından əhəmiyyəti bir daha diqqətə çatdırılaraq, bu sənədlərin parlamentlərimiz və onların komitələri, dostluq qrupları və deputatlar arasında əlaqələrin daha da genişləndirilməsinə əhəmiyyətli imkanlar yaratdığı bildirilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Chosen
15
17
teleqraf.com

10Sources