EN

“İnter” Ademola Lukman ilə razılığa gəlib

Vətəninfo.az xəbər verir ki, İtaliyanın ikincisi, Milanın “İnter” klubu, Bergamotun “Atalanta” klubunun 27 yaşlı nigeriyalı hücumçusu Ademola Lukman ilə razılığa gəlib. Razılaşmaya əsasən, Lukman 2030-cu ilin iyununa qədər müqavilə imzalayacaq. Onun illik maaşı 4 milyon avro olacaq.

Klublar arasındakı danışıqların növbəti mərhələsi bu həftə baş tutacaq. “Atalanta” 45 milyon avroya Lukmanı satmaqdan imtina edib.

Keçən mövsümdə Lukman 40 oyun keçirib, 20 qol vurub və 6 asist edib.

Transfermarkt-ın qiymətləndirməsinə görə, Lukmanın transfer dəyəri 60 milyon avro təşkil edir.

Chosen
4
veteninfo.az

1Sources