EN

Fransadan gələn gənc: Anam Azərbaycanı həmişə qardaş ölkə kimi tanıdıb 

Fransada doğulub böyüyən, hazırda Parisdə yaşayan İbrahim Diawara ilk dəfədir ki, Qarabağa səfər edib. Babası seneqallı, anası isə türkdür. O, Azərbaycanın Qarabağ uğrunda mübarizəsini uzun müddət yaxından izlədiyini deyib.

“Anam həmişə Azərbaycanı qardaş ölkə kimi tanıdıb”, - deyə İbrahim Diawara AZƏRTAC-a açıqlamasında bildirib.

O, Xankəndidə keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsində Fransanı təmsil edir və burada olmaqdan məmnunluğunu dilə gətirərək deyib: “Qarabağa dünən gəlmişik. Xankəndi çox gözəl şəhərdir. Əminəm ki, bundan sonra daha da gözəlləşəcək”.

1Sources