EN

Müəllimlik ixtisasını seçən oğlanlara 200 manat təqaüd – Bu addım problemi aradan QALDIRACAQ?

Bakı Slavyan Universiteti müəllimlik ixtisasına qəbul olan tələbələr üçün yeni təşəbbüsə start verib. Belə ki, bu ixtisası seçən oğlan tələbələrə ayda 200 manat məbləğində təqaüd veriləcək.

Məqsəd kişilərin təhsil sahəsinə marağını artırmaq və gender balansını qorumaqdır.

Məsələ ilə bağlı millət vəkili Ceyhun Məmmədov Bizim.Media-ya açıqlamasında bildirib ki, bu təşəbbüs müsbət olsa da, problemi kökündən həll etmək üçün daha genişmiqyaslı addımlar atılmalıdır:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda kişi müəllimlərin sayı ARTDI – Rəsmi AÇIQLAMA


“Bu cür təşəbbüslər müəyyən mənada oğlanların müəllimlik ixtisasına marağını artıra bilər. Lakin məsələni yalnız təqaüdlə həll etmək mümkün deyil.

Əsas problem universitet və məktəb müəllimlərinin maaşlarının aşağı olmasıdır. Əgər müəllimlərin əməkhaqqı artırılsa, bu sahəyə maraq da yüksələr. Eyni zamanda, ali məktəblərdə elmi ad almaq prosesi də kifayət qədər çətindir. Bu da bir çox gəncin bu sahədən uzaqlaşmasına səbəb olur”, - deyə deputat bildirib.

Millət vəkili hesab edir ki, bu təşəbbüs digər universitetlərdə də tətbiq oluna bilər, lakin paralel şəkildə təhsil sahəsində struktur islahatlara ehtiyac var.

Aygün Hüseyn, Bizim.Media

Chosen
6
bizim.media

1Sources