Yenidən Premyer Liqaya qayıdan "Qəbələ" növbəti transferini reallaşdırıb.
Offsideplus.az xəbər verir ki, "qırmızı-qaralar" Eduardo Kundeni heyətinə cəlb edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı futbolçu müdafiənin mərkəzində çıxış edir. O, son olaraq İndoneziyanın "Persis" klubunun formasını geyinib.
Qeyd edək ki, Kunde "Qəbələ"nin bu yayki 5-ci transferi olub. Onlar daha öncə Prins Ovusu, İsaak Amoah, Paulo Quimbila və Adriel Ba Louanı heyətinə qatmışdı.