EN

Həmin şuranın tərkibi dəyişdirildi - Fərman

Prezident İlham Əliyev 21 oktyabr 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Tərkibi”ndə dəyişiklik edib.

Gundem.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru Şuranın tərkibinə daxil edilib, ləğv edilmiş “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Şuranın tərkibindən çıxarılıb.

AZCON-un icraçı direktoru aşağıdakı komissiyaların tərkibinə daxil edilib:

- Azərbaycan ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyası;

- Azərbaycan ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyası;

- Azərbaycan−Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası;

- Azərbaycan ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya;

- Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiya;

- Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası.

Əvəzində ləğv edilmiş “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru adı çəkilən komissiyaların tərkibindən çıxarılıb.

Chosen
36
11
gundem.az

10Sources