EN

İsti hava insanı axmaq edir: Belə hava beyin fəaliyyətinə necə təsir edir?

İqlim dəyişikliyi isti dövrlərin artmasına səbəb olduğundan, alimlər ekstremal istinin insan beyninin işinə necə təsir etdiyini araşdırmaq qərarına gəldilər.

HİT.az xəbər verir ki, bu barədə BBC yazıb.

Təxminən hər 15,000 uşağın birində hal-hazırda epilepsiya formasını da əhatə edən nevroloji xəstəlik olan Dravet sindromu qeydə alınır. Nəşr qeyd edir ki, belə tutmalar tez-tez autizm, nitq çətinlikləri, qidalanma problemləri və s. ilə müşayiət olunur.

London Universitet Kollecinin nevroloqu Sandjay Sisodiya bildirib ki, Dravet sindromu istidən kəskinləşə bilən çoxsaylı nevroloji xəstəliklərdən sadəcə biridir.

Həmçinin temperatur və rütubətin yüksəlməsi təsiri altında epilepsiya, insult, ensefalit, multipl skleroz, miqren və bir sıra digər xəstəliklər daha tez-tez qeydə alınır.

Qeyd olunur ki, küçədə havanın temperaturu +26°C-dən yuxarı olduqda, insanlarda diqqət cəmləşdirmə qabiliyyəti aşağı düşür, yaddaş pisləşir, onlar üçün sadə məsələləri həll etmək çətinləşir.

Nəşr qeyd edir ki, orta hesabla, insan beyninin temperaturu bədən temperaturundan nadir hallarda 1°C-dən çox yüksək olur. Lakin insan düşünəndə, bir şeyi xatırlayanda və ya ətraf aləmə reaksiya verəndə, beyin əhəmiyyətli miqdarda öz istiliyini yaradır.

Bu səbəbdən bədənimiz beyni soyutmaq üçün daha çox səy göstərməlidir. Qeyd olunur ki, baxmayaraq ki, ekstremal isti hava bütün insanların beyin fəaliyyətini dəyişir, lakin ən çox nevroloji xəstəlikləri olan insanlar əziyyət çəkir.

Həmçinin gecələr yüksək temperatur insanların normal yatmasına mane olur, buna görə də onlarda təkcə əhval-ruhiyyə pisləşmir, həm də bəzi xəstəliklərin simptomları güclənir. Buna görə də yayda insanlar tez-tez zəngdən əvvəl əsəbi və əzgin halda oyanırlar.

"Epilepsiyadan əziyyət çəkən bir çox insan üçün pis yatmaq tutqalı riskini artıra bilər", deyə Sisodiya qeyd edib.

Məlumatlar həmçinin göstərir ki, isti günlərdə demansiyası olan insanlar arasında xəstəxanaya yerləşdirmə və ölüm səviyyəsi artır. Bu, qismən, yaşlı insanların bədən temperaturunu daha pis tənzimləməsi ilə bağlıdır.

Qeyd olunur ki, alimlərin apardığı bir tədqiqatda 25 ölkədə insultdan ölüm məlumatları təhlil edilib və aşkar edilib ki, ishemik insultdan 1000 ölüm hallarından əlavə iki ölüm halı ən isti günlərə düşür.

"Ekstremal isti hava ilə vaxtından əvvəl doğuş kimi hamiləliyin mənfi nəticələri arasında əlaqə var", deyə Böyük Britaniyada London İmperiya Kollecinin Qadınların Qlobal Səhiyyəsi üzrə professor Ceyn Hörst bildirib.

Qeyd olunur ki, isti hava fonunda insanlarda aqressivlik artır. Anormal isti havalarda küçədə ailə zorakılığı hallarının sayı 5% artır.

Ona görə də, istidə çox su içmək və bədənin soyumasına nəzarət etmək lazımdır, əks halda beyin yükün öhdəsindən gələ bilmir. Qeyd etmək lazımdır ki, 2023-cü ilin iyun ayı müşahidə tarixində ən isti ay olub və bu, sadəcə başlanğıcdır.

Samir

Chosen
2
hit.az

1Sources