İzmirin Torbalı rayonunda qeyri-qanuni yanacaq toplama sahəsində turşu çəni partlayıb. Hadisə nəticəsində 1 nəfər xəsarət alıb, 16 avtomobilə ziyan dəyib.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber, xəbər verir.
Ortaköy məhəlləsində qaçaqmalçılıq əməliyyatları zamanı ələ keçirilən yanacağın zərərsizləşdirilməsi üçün daşınması zamanı kimyəvi maddələrin reaksiya verməsi nəticəsində turşu çənində partlayış baş verib. Yanacağın atılması zamanı kimyəvi maddələr bir-biri ilə reaksiya verdi.
Qazdan 1 nəfər xəsarət alıb, ərazidə olan 16 avtomobilə ziyan dəyib.
Torbalı Dövlət Xəstəxanasına çatdırılan yaralı müalicə aldıqdan sonra İzmir Atatürk Təhsil və Araşdırma Xəstəxanasına yerləşdirilib.
QAZİLER.AZ