Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Türkiyə Futbol Federasiyası avrokuboklarda çıxış edən klubları nəzərə alaraq liqa matçlarını təxirə sala bilər.
Oxu.Az "Ekol Sports"a istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlunun köməkçisi Fuat Göktaş, avrokuboklarda çıxış edən klubların liqa matçlarının təxirə salınması üçün rəsmi müraciət göndərmələrinin tələb olunduğunu bildirib.
Klubların istəyi nəzərə alınacağı təqdirdə, açılış matçları təxirə salınacaq və ya sadəcə avrokuboklarda çıxış edən klubların oyunlarının tarixi dəyişdiriləcək.
Qeyd edək ki, Türkiyə Superliqasında 2025/26 mövsümünə avqustun 8-də "Qaziantep" - "Qalatasaray" matçı ilə start veriləcək.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.