
Bu gün UEFA Konfrans Liqasında pley-off mrəhələsinin püşkü atılıb.
Reyting.az xəbər verir ki, bununla da “Araz-Naxçıvan” və “Sabah”ın potensial rəqibləri bəlli olub.
Belə ki, “Araz-Naxçıvan” – “Omoniya” (Kipr) cütünün qalibi pley-offda PAOK (Yunanıstan) – “Volfsberger” (Avstriya) oyununun qalibi ilə,
“Sabah” – “Levski” (Bolqarıstan) cütünün qalibi isə növbəti raundda “AZ Alkmar” (Niderland) – “Vatus” (Lixtenşteyn) oyununun qalibi ilə güclərini sənayacaqlar.
Qeyd edək ki, pley-off görüşləri 21-28 avqust tarixlərində oynanılacaq.
Azər
Reyting.az