EN

4 yaşlı uşağa zorakılıq edəni NƏ GÖZLƏYİR?

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

Son günlər sosial şəbəkələrdə Sabirabadda kişinin 4 yaşlı uşağa qarşı əxlaqsız hərəkətlər etməsini əks etdirən görüntülər yayılıb.

Məhz seksual xarakterli hərəkətləri əks etdirən bu görüntülər uşaq hüquqlarının və insan ləyaqətinin ciddi şəkildə pozulmasının göstəricisidir.

Maraqlıdır, sözügedən əməllə görə vətəndaşı qanunvericiliklə hansı cəza gözləyir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a danışaq vəkil Ruslan Mustafayev bildirib ki, qanunvericilikdə bu kimi hadisələrə qarşı ağır cəza tədbirləri mövcuddur:

“Təssüflər olsun ki, son zamanlarda sosial şəbəkələrdə baş verən oxşar hadisələrlə bağlı kiyafət qədər məlumatlar var. Təbii olaraq, belə halların aşkar edilməsi, qarşısının alınması, həmin şəxslərin cəzalandırılması olduqca vacib məsələlərdir.

Məhz məlumatlarda göstərilən hazırkı hadisəyə dair hallar əgər öz təsdiqini taparsa, o zaman Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150-ci (Seksual xarakterli zorakılıq hərəkətləri) maddəsinə uyğun olaraq həmin şəxsi çox ağır cəza gözləyir.

Belə ki, burada şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etməyə görə 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Həmçinin, həmin şəxsin 3 ilədək müddətdə hər hansı fəaliyyətlə məşğul olması da qadağa edilə bilər”.

Vəkil qeyd edib ki, iş məhkəməyə göndərilərək, bütün hallara əsasən müvafiq qərar qəbul edilir:

“Bu hərəkət 4 yaşına çatmış şəxsə qarşı edilibsə, o zaman Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150-ci (Seksual xarakterli zorakılıq hərəkətləri) maddəsinin digər bəndinə görə, zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etməyə görə eyni əməllər - yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə səbən olduqda 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 15 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Düşünürəm ki, istintaq orqanı araşdırma apardıqdan sonra bu iş Ağır Cinayətlər Məhkəməsinin müvafiq ərazi yurisdiksiyasın veriləcək və məhkəmə bütün halları araşdıraraq müvafiq qərar hökmü qəbul edəcək. Həmin şəxsin əməli öz təsdiqini taparsa, bu maddələrdən biri ilə onun cəzalandırılması həyata keçiriləcək”.

Gülər

“Cebheinfo.az”

Açar sözlər:

zorakılıq Ruslan Mustafayev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
25
1
cebheinfo.az

2Sources