EN

ADSEA-nın strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiqlənib - QƏRAR

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiq edilib.

Finss.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Sənədə əsasən, Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı aşağıdakı kimi olub:

1. “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxs;

2. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs;

3. “Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxs;

4. “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxs;

5. “Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu” publik hüquqi şəxs.

6. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin tabeliyindəki qurumlar:

6.1. “Sedam” Məhdud Məsuliyyətli Cəmiyyəti;

6.2. Mərkəzi laboratoriya

Chosen
24
5
fins.az

10Sources