EN

Bred Pittin karyerasında ən gəlirli film bəlli olub

Bred

Avtomobil yarışından bəhs edən və ekranlara yenicə çıxarılmış "Formula-1" adlı blokbaster Hollivudun ulduz aktyoru Bred Pittin filmografiyasında ən çox gəlir gətirən filmdir.

Reyting.az
"Deadline" nəşrinə istinadla xəbər verir ki, filmin dünya üzrə ümumi gəliri 545 milyon dollar təşkil edib. Buna qədər isə bu status 2013-cü ilin "Z Dünya Müharibəsi" filmində idi (yəni inflyasiya nəzərə alınmadan 540 milyon dollar).

Pitt hər iki filmin prodüseri qismində çıxış edib. Filmin büdcəsi isə 200-300 milyon dollar arasında olub.

Kino statistikasına görə, "Formula-1" eyni zamanda "Apple Studios"-un ən iri filmi kimi tanınıb. Bu film həm baxımlılığına, həm də vaxt baxımından "Napoleon" və "Çiçək ayının qatilləri" kimi tamaşaçılarınmaraqla izlədiyi məşhur filmləri də geridə qoyub.

Bred Pittin baş rolda çəkildiyi bu yeni və gəlirli filmi kinorejissor Cozef Kosinski ekranlaşdırıb.

"Formula-1" filmində həm də maraqlı aktyor ansamblı toplanıb. Bu yarış filmində Hollivud məşhuru Bred Pitt ilə bərabər Demson İdris, Xavyer Bardem və Kerri Kondon kimi tanınmış aktyorlar da çəkiliblər.

Bu film öz orijinal süjet xəttinə, həmçinin aktyor oyununa görə, "Rotten Tomatoes" cədvəlində 83 faiz, "Metacritic"-də baş tutan səsvermə zamanı isə 100-dən 68 bal toplayıb.

Oqtay QORÇU
Chosen
7
1
reyting.az

2Sources