
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Hindistanın Rusiyadan neft alması Ukraynadakı münaqişənin maliyyələşdirilməsi deməkdir. Bu barədə Fox Business kanalına müsahibəsində Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller məlumat verib.“O, açıq şəkildə bildirdi ki, Hindistan üçün Rusiyadan neft alaraq bu müharibəni maliyyələşdirmək yolverilməzdir,” – deyə rəsmi vurğulayıb.Millerin sözlərinə görə, Tramp Ukrayna münaqişəsinin həlli üçün diplomatik və maliyyə də daxil olmaqla, müxtəlif təsir vasitələrini nəzərdən keçirir.Ulusum.az
Diqqət Çəkənlər
Türk dünyası Levkoşada bir araya gəldi – Azərbaycanlı şairlər beynəlxalq poeziya axşamında - FOTO
Zilviyə – Gəncənin şirin xatirəsi - VİDEO
“Baltik Suvenir” – ən böyük kehrəba parçası 1,18 milyon rubla satıldı