EN

Ermənistan 9 gün ABŞ-la birgə hərbi təlim adı altında nə planlaşdırır?..


Üzeyir Cəfərov: "Dünənə qədər Ermənistanın adı yalnız Azərbaycanın ərazilərini işğal etmiş ölkə kimi çəkilirdisə..."

Beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq məqsədilə avqustun 12-dən 20-dək Ermənistan Respublikasında QARTAL TƏRƏFDAŞ 2025 adlı erməni-amerikan birgə hərbi təlimləri keçiriləcək. Bu barədə ER Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan məlumat verib.

Təlimlərə Ermənistan Respublikası Silahlı Qüvvələrinin Sülhməramlı Briqadasının, ABŞ-ın Avropa və Afrikadakı Quru Qoşunlarının və Kanzas Milli Qvardiyasının hərbçiləri cəlb olunacaq. Təlimlərə tibbi evakuasiya prosedurlarına diqqət yetirilməklə sülhməramlı tapşırıqların hazırlanması və icrası daxildir. Təlimlərin məqsədi sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında qarşılıqlı fəaliyyət səviyyəsini yüksəltmək, idarəetmə və taktiki kommunikasiyalar sahəsində qabaqcıl təcrübə mübadiləsi aparmaq, həmçinin Ermənistan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı bölmələrinin döyüş hazırlığını artırmaqdır. Müdafiə Nazirliyi qeyd edib ki, sülhməramlı missiyalara hazırlıq çərçivəsində beynəlxalq sülhməramlı əməliyyatlara hazırlaşan bölmələr mütəmadi olaraq tərəfdaş ölkələrdə keçirilən analoji birgə hərbi təlimlərdə iştirak edirlər.

Bu təlimlər hər hansı bir siyasi mahiyyət daşıyırmı?

Hərbi ekspert Üzeyir Cəfərov baki-xeber.com-a məsələ barədəaçıqlamasında bildirdi ki, bu təlimlər son illər mütəmadi olaraq keçİrilir - ötən ilin iyul ayında da belə bir təlim keçİrilmişdi: "Ermənistanın Müdafi Nazirliyinin Vazgen Sarkisyan adına Hərbi Akademiyasında Amerika-Ermənistan birgə təlimləri keçrilmişdir. O vaxt bu təlimlərdə Ermənistanın müdafiə naziri, ABŞ-ın Ermənistandakı səfiri və digər rəsmi şəxslər iştirak etmişdi. Bu təlimlərin əsas məqsədi Ermənistan ordusunun döyüş qabiliyyətinin artırılması, o cümlədən Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyaLarda iştirak edən bölmələrinin hazırlıq səviyyəsinin artırılması idi. Bu təlimlər qeyd etdiyimiz məqsədlə keçİrilir, ona görə də həm ABŞ ordusünun Avropa və və Afrikadakı hərbi qulluqçuları, o cümlədən Ermənistan silahlı qüvvələri ilə ABŞ-ın Kanzas Milli Qvardiyası və digər qurumlarla sülhməramlı briqadanın hərbinin birgə hərəkəti koordinasiya edilir. Bu səbəbdən də sözügedən təlimlər Ermənistana çox lazımdır. Bu təlimlərdə də bundan əvvəl keçİrilmuş təlimdəki elementlər təkrarlanacaq, tibbi evakuasiya məsələlərinə diqqət yetİriləcək. Məqsədlərdən biri də beynəlxalq sülhməramlı missiyalarda bölmələr arasında qarşılıqlı fəaliyyət səviyyəsinin yüksəldilməsidir. Ermənistan ordusu bu təlimlərdə ABŞ ordusunun qabaqcıl təcrübəsini öyrənir.

Sözsüz ki, bu təlimlərin hərbi aspektlə yanaşı siyasi çalarları da var. Bu siyasi çalar da ondan ibarətdir ki, Ermənistan KTMT-nin formal da olsa üzvüdür. Amma Ermənistan avqust ayında keçiriləcək təlimlərlə bir daha sübut edir ki, KTMT-dən daha çox Amerika ordusu ilə bu cür təlimlərə önəm verir. Bu isə Ermənistana həm daha çox beynəlxalq nüfuz gətirir, həm də sülhməramlı missiyalarda Ermənistan ordusunun iştirakı ilə dövlətin yeni imici formalaşır. Ermənistan Müdafiə Nazirliyi də bununla təbliğat aparır.

Eyni zamanda bu, KTMT-yə bir mesajdır ki, biz artıq sizinlə deyilik.

Hesab edurəm ku, bu, Ermənistan üçün ABŞ və Qərb tərəfindən əlavə dəstəkdir. Çünki bu təlim çərçivəsində Ermənistan silahlı qüvvələrinə maddi dəstək də nəzərdə tutulub. Dünənə qədər Ermənistanın adı yalnız Azərbaycanın ərazilərini işğal etmis ölkə kimi çəkilirdisə, indi Ermənistan bu imici dəyişdirib, sülhməramlı missiyalarda iştirak edən ölkəyə çevrilir. Ermənistan bu cür təbliğatı çox yaxşı bacarır. Onlar ordularının bu kiçik tədbirini dəfələrlə böyütməyi bacarırlar, bu dəfə də müəyyən uğurlara nail olacaqlar".

Akif NƏSİRLİ

Chosen
1
baki-xeber.com

1Sources