EN

Aİ nin Ukraynaya hərbi yardımı faktiki olaraq dayandırılıb Borrell

Operativ MM saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Avropa İttifaqının (Aİ) Ukraynaya hərbi yardımı faktiki olaraq dondurulub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avropa diplomatiyasının keçmiş rəhbəri Cosep Borrell "EUObserver"ə müsahibəsində bildirib.

Borrell qeyd edib ki, onun vəzifəsindən getdiyi dövrdən bəri Ukraynaya Avropa İttifaqından heç bir hərbi yardım göstərilməyib.

“Avropa Sülh Fondunda Macarıstanın blokadası səbəbindən 6,6 milyard avro qalır. İndi hər şey ikitərəfli əsasda həyata keçirilir,” - o deyib.

Keçmiş diplomat əlavə edib ki, Rusiyaya qarşı yeni sanksiyaların təsdiqlənməsi də oxşar çətinliklərlə üzləşib.

“Əgər Macarıstan sanksiyaların uzadılmasına veto qoyarsa, onları uzatmaq mümkün olmayacaq. Biz çıxılmaz vəziyyətdəyik,” - Borrell vurğulayıb.

Qeyd edək ki, 2024-cü ildən bəri Macarıstan Avropa Sülh Fondundan Kiyevə ayrılan 6,6 milyard avro dəyərində silah yardımının blokadasını davam etdirir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
73
1
operativmm.az

2Sources