EN

Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun bölmələri Ermənistanda ekskavatora atəş açmayıb

Avqustun 4-də saat 13:10 radələrində Sünik rayonu ərazisindəki döyüş mövqeləri arasında yol tikinti işləri aparan ekskavatora Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat həqiqəti əks etdirmir.

 

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

 

Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb.

Tarix: 4 Avqust 2025, 18:35   
Chosen
15
48
pravda.az

10Sources