Braziliya ABŞ-dan asılılığını azaltmağa və dünyanın əksər ölkələri ilə güclü iqtisadi əlaqələr qurmağa nail olub.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu Braziliyanın dövlət başçısı Luiz İnasio Lula da Silva deyib.
Onun sözlərinə görə bu, ABŞ-ın Braziliya məhsullarına tətbiq etdiyi gömrük rüsumları səbəbindən respublikaya iqtisadi böhrandan qaçmağa imkan verəcək.
“Bu gün Braziliya əvvəlki kimi ABŞ-dan asılı deyil. Hazırda Braziliyanın bütün dünya ilə çox geniş ticarət əlaqələri var. İqtisadi nöqteyi-nəzərdən bizim daha çox imkanlarımız var”, – o bildirib.
Prezidentin sözlərinə görə, Braziliya ABŞ-la münasibətlərin dəyərini anlayır, lakin milli suverenliyə təsir edə biləcək məsələlərdə ABŞ administrasiyasına təslim olmaq niyyətində deyil.