EN

Benfika nın ulduzu Türkiyə Super Liqasına keçə bilər

ain.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Yay transfer pəncərəsində heyətini gücləndirmək istəyən "Fənərbağça" transfer çalışmalarını davam etdirir.

Fanat.Az xəbər verir ki, Türkiyə nəhəngi Portuqaliyanın “Benfika” klubunda forma geyinən istedadlı yarımmüdafiəçi Florentino Luiz ilə ciddi şəkildə maraqlanır.

Bu barədə məlumatı italiyalı idman jurnalisti Cianluici Lonqari yayıb.

Məlumata görə, İstanbul təmsilçisi futbolçunun oyun üslubunu və fiziki potensialını müsbət qiymətləndirib və artıq ilkin təmaslara başlayıb.

“Benfika” rəhbərliyi Florentinonu asanlıqla buraxmaq niyyətində deyil. Portuqaliya klubu futbolçunun transferi üçün minimum 30 milyon avro tələb edir.

“Sarı-lacivərdlilər”, Florentino ilə isə orta xəttə təcrübə və dinamiklik əlavə etməyi planlayır.

Kamil Xudiyev

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
10
1
fanat.az

2Sources