“Qarabağ” bu gün Şimali Makedoniyaya yollanıb.
QOL.az xəbər verir ki, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Şkendiya" ilə səfər matçı üçün çarter reysi ilə yola çıxan komanda artıq paytaxt Skopyeyə çatıb.
Qeyd edək ki, sabah keçiriləcək “Şkendiya” – “Qarabağ” oyunu saat 22:00-da başlayacaq. Cavab görüşü avqustun 12-də Bakıda olacaq.