EN

Zelenski cəbhə xəttində görün hansı məlumatı öyrənib? - VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski Xarkov vilayətinin Vılçansk istiqamətində – cəbhə xəttində olub. O, bu səfəri çərçivəsində döyüş mövqelərinə baş çəkib, Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri ilə görüşüb və onların xidmətlərini yüksək qiymətləndirib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb.
 

Bu istiqamətdə döyüşən Ukrayna əsgərləri prezidentə deyiblər ki, Rusiya tərəfindən bir sıra xarici ölkələrdən olan muzdlular müharibədə iştirak edirlər:


“Bu ölkələrə Çin, Tacikistan, Özbəkistan, Pakistan və Afrika dövlətləri daxildir”.

“Biz buna uyğun reaksiya verəcəyik”. Prezident onlara cavabında belə deyib.

Səfər zamanı Zelenski həmçinin bölmələrin döyüş hazırlığı, silah-sursatla təchizatı və əməliyyat şəraiti ilə bağlı məlumatlar alıb. O, hərbçilərə göstərdikləri şücaətə görə təşəkkür edib və Ukraynanın mübarizəsini davam etdirəcəyini bildirib.


Bizim.Media

Chosen
7
bizim.media

1Sources