EN

İnfarktın qarşısını almaqMÜMKÜNDÜR

Kardioloq Anton Vaxlyaev infarktın qarşısını almağın mümkün olduğunu və bunun üçün bir sıra həyat tərzi dəyişikliklərinin vacib olduğunu bildirib.

Redaktor.az
xəbər verir ki, həkim bu haqda aif.ru-ya müsahibəsində danışıb.

Mütəxəssisin sözlərinə görə, infarkt riskini azaltmaq üçün əsas tədbirlərə adekvat fiziki aktivlik, normal bədən çəkisinin qorunması, siqaretdən imtina və qrip, koronavirus, pnevmokok kimi infeksiyalara qarşı peyvəndlərin vurulması daxildir.

Vaxlyaev peyvəndlərin əhəmiyyətini izah edərək qeyd edib ki, hazırda alimlər miokard infarktının infeksion-iltihabi nəzəriyyəsini də araşdırırlar. Bu nəzəriyyəyə əsasən, infarktın səbəbi bəzən yoluxucu xəstəliklərin təsiri ilə xolesterol lövhələrinin böyüyüb partlaması ola bilər.

“Əhali arasında bu prosesə ən çox kəskin respirator virus infeksiyaları (ARVI) təkan verir”, - deyə o bildirib.

Həkim, infarktın qarşısını almağın vacib şərti kimi sağlam həyat tərzinə əməl olunmasını vurğulayıb.

Aytəkin TOFİQQIZI

Chosen
13
redaktor.az

1Sources