Moskva 2-ci Qərb Dairə Hərbi Məhkəməsi "Crocus City Hall" konsert zalında törədilən terror aktının 19 iştirakçısının həbs müddətini altı ay uzadıb.
"Unikal" xəbər verir ki, bu barədə127 zərərçəkmişin maraqlarını təmsil edən vəkil Lyudmila Ayvar məlumat yayıb.
"Məhkəmə təqsirləndirilən şəxslərin həbs müddətinin altı ay uzadılması barədə qərar çıxarıb", - vəkil bildirib.
Onun sözlərinə görə, təqsirləndirilən şəxslər 2026-cı il yanvarın 7-dək həbsdə qalacaqlar.
Qeyd edək ki," Crocus" terroru zamanı 149 nəfər öldürülüb.