EN

"Qəbələ"dən növbəti transfer

BAKI. 4 avqust. TELEQRAF

Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.

Teleqraf “qırmızı-qaralar”ın rəsmi saytına istinadən xəbər verir ki, klub Eduardo Kunde ilə anlaşıb.

27 yaşlı mərkəz müdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb. Monteneqro əsilli braziliyalı futbolçunun son klubu İndoneziya Super Liqa təmsilçisi “Persis” olub. Futbolçu bunadək Bolqarıstanda “Botev Vratsa”, Braziliyada “Operario”, “Brusque”, Yaponiyada isə “Saqamihara” klublarının da formasını geyinib.

Xatırladaq ki, “Qəbələ” daha öncə Pirins Ovusu, Paulo Quimbila, İsaak Amoah və Adriel Ba Loouanı transfer edib.

Chosen
30
1
teleqraf.com

2Sources