“Bayern”in keçmiş prezidenti Ulrix “Uli” Höness səhhətinin pisləşməsi səbəbindən təcili surətdə xəstəxanaya yerləşdirilir.
Arena.az bu barədər “Bild” nəşrinə istinadən məlumat verir.
73 yaşlı Höness Bonn şəhərindən azacıq aralıda yerləşən Mil qəsrində keçirilən xeyriyyə məqsədli qolf yarışında özünü gözlənilmədən pis hiss edib. Hönesin halı elə, meydançadaca dəyişib, tibb xidməti qocanın damarının partladığını müəyyənləşdirib. Həkimlərin təcili müdaxiləsi ilə Hönesin vəziyyəti qaydasına düşərək sabitləşib. Xəstəxanaya yerləşdirildikdən qısa bir müddət sonra isə Höness evə buraxılıb. “Uli”nin həyatının təhlükədə olmadığı vurğulanır.
Xatırladaq ki, Höness “Bayern”in əfsanəsidir. Futbolçu ikən, ötən əsrin 70-ci illərində hücumçu olaraq Münhen klubunda və Almaniya yığmasında bütün mümkün qənimətləri qazanmış Höness sonrada “Bayern”də idarəçiliyə keçərək 30 il müvafiq vəzifədə çalıb və klub prezidentliyinə qədər yüksəlib. Məhz Höness “Bayern”in misalında müasir dünyanın iqtisadi tələblərinə cavab verən uğurlu futbol klubu təsis edə bilib. 2019-cu ildə “Bayern”in prezident kürsüsündən ayrılımş mütəxəssis Almaniya nəhənginin işləri ilə fəal surətdə maraqlanmağa davam edir.