EN

“Ginnesin Rekordlar Kitabı”-na düşən palçıq vulkanı: “Azərbaycan dünyada birincidir”- ÖZƏL+MARAQLI

“Azərbaycan ərazisində 700-dən çox palçıq vulkanı mövcuddur. Onların 350-dən çoxu intensiv fəaliyyəti ilə yer səthinə qazları, minerallaşmış sular, neft emulsiyalı lilli palçıq çıxarır. Azərbaycan palçıq vulkanlarının sayına görə dünyada birinci yerdədir. Azərbaycan palçıq vulkanları arasında unikal vulkanlar var. Dünyanın ən hündür palçıq vulkanı Torağay Azərbaycanda yerləşir, “Ginnesin Rekordlar kitabı”-na daxil olub. Azərbaycan ərazisində unikal sualtı palçıq vulkanı var. Hansı ki, öz püskürmələri nəticəsində adalar yaradır. Bu isə sözün əsl mənasında təkcə Azərbaycandadır. Eyni zamanda qeyd etmək lazımdır ki, bütün vulkanların palçığı xeyirli deyil. Bəzilərində ağır metalların sayı normadan 10 dəfə çoxdur. Bəzi vətəndaşlar girib vulkanın içinə çimirlər. Bu da təhlükəlidir. Vulkanın içində vakuum deyilən boşluqlar ola bilər və o sizi dartıb sadəcə apara bilər”.

Bunu Moderator.az-a açıqlamasında ekoloq Gülçöhrə Hüseynova deyib.

O daha sonra əlavə edib:

“Azərbaycan ərazisində palçıq vulkanlarının ilk fəaliyyəti təqribən 25 milyon il bundan əvvələ gedib çıxır. Palçıq vulkanları yeraltı partlayışlar nəticəsində püskürür. Yer səthinə çıxan qazlar alışıb yanmağa başlayır. Bəzi vulkanlar üzərində alovun hündürlüyü hətta min metrə qədər çata bilir. Azərbaycan ərazisində də 1810-cu ildən indiyə qədər 50 vulkan təqribən 200 dəfə püskürmüşdü. Palçıq vulkanlarının tərkibi çox zəngindir. 100-dən artıq mineral maddələr, 30-a yaxın mikroelementlər var o palçıq vulkanlarının tərkibində. Lökbatanda, Qaradağda və bir çox yerlərdə olan palçıq vulkanları həm də müalicəvidir. Vulkanlar həm də bizi turizm baxımından dünyaya tanıdır. Bakı və Aberşon yarımadasındakı 52 palçıq vulkanı dövlət qoruğu statusu alıb. Palçıq vulkanlarından tibbdə, kosmetologiyada da istifadə edilir” deyə ekoloq bildirib.

Chosen
33
moderator.az

1Sources