Avqustun 4-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkmənistana işgüzar səfərə gəlib.
Türkmənbaşı şəhərinin beynəlxalq aeroportunda Ə.Əsədovu Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Hocamırat Gəldimıradov və digər rəsmi şəxslər qarşıladılar.