EN

Avrozonada investorların inam indeksi geriləyib

Avrozonada investorların inam indeksi yenidən mənfi səviyyəyə enib.

İnam indeksi avqust ayında 8,2 bənd azalaraq mənfi 3,7 olub. Bazar proqnozları isə indeksin 6,9 səviyyəsinə yüksələcəyi istiqamətində idi.

İnvestorların inam indeksi 2 aylıq müsbət göstəricidən sonra yenidən mənfiyə düşüb. İyulda indeks 4,5 təşkil etmişdi. İnvestorların qarşıdakı 6 ay üzrə proqnozlarına yer verilən gözləntilər indeksi də geriləyib.

Ekspertlərin fikrincə, Avrozonada investorların inam indeksi Avropa İttifaqı ilə ABŞ arasındakı ticarət tarifləri müzakirələri fonunda yenidən mənfi səviyyəyə enib.

MənbəAZƏRTAC
Chosen
22
banker.az

1Sources