EN

Trampın atom sualtı qayıqları ilə bağlı bəyanatının məqsədi açıqlanıb

ABŞ-ın keçmiş prezidenti Donald Trampın iki atom sualtı qayığının “uyğun regionlara” göndərilməsi ilə bağlı bəyanatı Rusiyanı qorxutmaq və ictimai rəyə təsir göstərmək məqsədi daşıyır.

Bu barədə politoloq Aleksandr Perenciev Life.ru-ya açıqlamasında bildirib.

Ekspertin sözlərinə görə, Tramp bu bəyanatla həm Rusiyaya psixoloji təzyiq göstərməyə, həm də Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin sərt açıqlamalarına cavab verməyə çalışır:
“Bu, Rusiyanı qorxutmaq, eyni zamanda müəyyən mənada Medvedevin sözlərini neytrallaşdırmaq cəhdidir. Tramp ictimai rəyi formalaşdırmaq istəyir”.

Perenciev əlavə edib ki, Trampın təhdid vasitəsi kimi məhz sualtı qayıqları seçməsi təsadüfi deyil: “Onlar suyun altındadır, görünmürlər – izlənilməsi çətindir və bu baxımdan çox əlverişlidir”.

Xatırladaq ki, Tramp bir neçə gün öncə açıqlamasında ABŞ-a məxsus iki atom sualtı qayığının artıq “olmaları lazım olan yerdə” yerləşdirildiyini bildirmişdi. Onun bu bəyanatı Dmitri Medvedevin ABŞ-a yönəlik “təxribat xarakterli” çıxışlarına cavab olaraq verilib.

//Samir Qurbanov, Editor.az

Chosen
16
editor.az

1Sources