EN

ABŞ dan sülhlə bağlı SON DƏQİQƏ AÇIQLAMASI Az qalıb KONKRET

ain.az bildirir, Konkret.az portalına istinadən.

ABŞ prezidenti Donald Tramp Cənubi Qafqazda Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasına çox yaxındır.

KONKRET.az xəbər verir ki, bu barədə Respublikaçı senator Stiv Deyns The Wall Street Journal üçün yazdığı məqalədə bildirib.

“Bu, regionda və beynəlxalq səviyyədə sülhə, eləcə də iştirakçı ölkələrdən kənara çıxan iqtisadi faydalara yol açan sabitliyə doğru mühüm addım olacaq. Bu, qeyri-adi bir nailiyyət ola bilər,” – deyə senator vurğulayıb.

O qeyd edib ki, 1980-ci illərin sonundan bəri Ermənistan və Azərbaycan arasında davam edən münaqişənin sülh yolu ilə həlli üçün əvvəlki cəhdlər a səmərəsiz, ya da qeyri-prioritet xarakter daşıyıb.

Deyns sonda bildirib ki, Tramp bölgədə və ondan kənarda sabitliyin qurulmasına töhfə verir və tərəflər sülhü dərhal rəsmiləşdirməlidirlər.

Natiq Səlim,

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
17
1
konkret.az

2Sources