İspaniyanın "Betis" klubu yarımmüdafiəçi Nelson Deossanın transferini rəsmiləşdirib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən məlumatına görə, kolumbiyalı futbolçu ilə 2030-cu ilin yayına qədər müddəti əhatə edən müqavilə imzalanıb.
Deossa peşəkar futbolda debütünü 20 yaşında, 2020/2021 mövsümündə Kolumbiyanın "Atletiko Uila" klubunda edib. Daha sonra "Atletiko Nasyonal"da çıxış edən futbolçu Kolumbiya Kuboku və Superkubokunu qazanıb. Meksikanın "Paçuka" komandası ilə isə KONKAKAF Çempionlar Kubokunu əldə edib.
2025-ci ilin yanvarında Meksikanın "Monterrey" klubuna keçən 25 yaşlı futbolçu bu müddət ərzində bütün turnirlərdə 29 oyuna çıxıb, 7 qol və 1 assistlə yadda qalıb.