Bakıda 1 həftə əvvəl evdən çıxaraq geri qayıtmayan 20 yaşlı qadın tapılıb.
Referans xəbər verir ki, Bayrızadə Şəfa Nüsrət qızının yeri polis əməkdaşları tərəfindən müəyyən edilib.
Ş.Bayrızadənin yaxınları Teleqraf-a bildiriblər ki, polis Şəfa Bayrızadənin tapılması barədə onlara məlumat verib.
Şəfa Bayrızadə 28.07.2025-ci il tarixdə gecə saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmamışdı.
Şəfa Bayrıyeva könüllü şəkildə evdən getdiyi barədə də məlumat yayılmışdı.