BAKI, 4 avqust. TELEQRAF
Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Baş katibi Mark Rütte Niderlandın Ukrayna üçün ABŞ-dən 500 milyon avro dəyərində silah almaq qərarını alqışlayıb və alyansın digər ölkələrini Amsterdamdan nümunə götürməyə çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidmətinin məlumatında deyilir.
"Mən NATO üzrə bütün müttəfiq dövlətlərə yazaraq onları bu yükün bölüşdürülməsi təşəbbüsünə töhfə verməyə təkidlə çağırdım və yaxın vaxtlarda digər müttəfiqlərdən daha vacib bəyanatlar gözləyirəm", - Rütte bildirib.
Qeyd edək ki, daha əvvəl Niderland Ukraynaya "Patriot" zenit-raket kompleksləri, onların ehtiyat hissələri və raketlər də daxil olmaqla, ümumi dəyəri 500 milyon avro olan genişmiqyaslı silah paketi təqdim edəcəyini açıqlayıb.