EN

Cənubi Koreya sərhəddəki səsgücləndiriciləri yığışdırır

Cənubi Koreya Şimali Koreya ilə gərginliyi azaltmaq üçün hərəkətə keçib. Metbuat.az xəbər verir ki, Seul sərhəd boyunca Şimali Koreya əleyhinə təbliğat aparan səsgücləndiriciləri yığışdırmağa başlayıb. Bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyi açıqlama verib. Açıqlamada deyilir ki, yeni prezident Li Jae Myung hakimiyyətə gəldikdən sonra atılan bu addım hərbi hazırlığa təsir etmədən Koreyalararası gərginliyi azalda biləcək praktiki tədbirdir. Müdafiə Nazirliyinin sözçüsü Li Kyunq-ho bildirib ki, bu qərarla bağlı iki ölkənin hərbçiləri arasında əvvəlcədən məsləhətləşmələr aparılmayıb.

Potensial böhran zamanı səsucaldanların yenidən yerləşdirilib-yerləşdirilməyəcəyi barədə məlumat verilməyib.

Chosen
16
metbuat.az

1Sources