EN

Hindistan ABŞ-ni ittiham etdi: Özü Rusiyadan xammal və gübrə alır

ABŞ özü Rusiyadan xammal və gübrə almağa davam edir, ona görə də onun Hindistana qarşı hərəkətləri əsassızdır.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Randhir Caysval deyib.

Onun sözlərinə görə, Vaşinqton əvvəllər Rusiya neftinin Hindistana idxalını dəstəkləyib, çünki ənənəvi tədarüklər münaqişə başlayandan sonra Avropaya yönləndirilib. Həmin vaxt ABŞ-nin mövqeyi qlobal enerji bazarlarında sabitliyin gücləndirilməsinin zəruriliyi ilə izah olunurdu.

Nazir qeyd edib ki, Rusiya ilə ticarət bu əlaqələrini pisləyən ölkələrdən fərqli olaraq Hindistan üçün bu, həyati əhəmiyyət kəsb etmir. O vurğulayıb ki, Avropa Rusiyadan təkcə enerji resursları deyil, həm də gübrələr, dağ-mədən məhsulları, kimyəvi maddələr, dəmir-polad, avtomobil və nəqliyyat avadanlığı alır.

“ABŞ-yə gəlincə, o, Rusiyadan nüvə sənayesi üçün uran heksaflorid, elektrik avtomobillərinin istehsalı, gübrələr və kimyəvi maddələr üçün palladium idxalını davam etdirir”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Hindistanı Rusiya neftini almaqla Ukrayna ilə münaqişədə Rusiya qoşunlarını maliyyələşdirməkdə ittiham edib. Amerika liderinin təhdidlərinə cavab olaraq Baş nazir Narendra Modi Rusiya neftini almağa davam edəcəyini və Hindistana fayda verə biləcək hər şeyi edəcəyini açıq şəkildə bildirib.

QAZİLER.AZ

Chosen
14
qaziler.az

1Sources