Azərbaycan Premyer Liqası təmsilçisi “Şamaxı” növbəti transferini açıqlayıb.
İdman.biz xəbər verir ki, komanda Ravil Qafarovu heyətinə cəlb edib.
Klubun mətbuat xidmətindən yayılan məlumata görə, 20 yaşlı sol cinah müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, “Şamaxı” bundan əvvəl Emil Süleymanov, Oruc Məmmədov, Həbib İsmayılov, Dioqo Balau, Karim Rossi, Sezar Enrike, David Tomas Dos Santos Oliveyra, Rikardo Apolinario və Bilal İsmayılovu transfer edib.
İdman.biz