Zinəddin Zidan: “Marsel üçün oynamaq heç vaxt gerçəkləşməyən bir arzum idi”

Offsideplus.az xəbər verir ki, Fransa futbolunun əfsanəvi siması Zinəddin Zidan doğma şəhərinin klubu olan "Olimpik Marsel" üçün oynamağın karyerası ərzində reallaşmayan arzusu olduğunu etiraf edib.

"Yuventus" və "Real Madrid" kimi nəhəng klublarda uğurlu çıxışına baxmayaraq, Zidan həmişə Marsel formasını geyinmək istədiyini bildirib:

“Marsel hazırda yaxşı vəziyyətdədir. Mən burada oynamadım, amma bu, heç vaxt baş tutmayan bir arzu idi,” – deyə fransalı ulduz qeyd edib.

Zidan həmçinin "Velodrom" stadionunun unikal atmosferindən və tutqun azarkeşlərindən söz açaraq, arenanı Avropanın ən fərqli stadionlarından biri adlandırıb.