EN

Qəbələdə qəzaya düşən ərəb helikopterlə Bakıya gətirildi

Qəbələdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların kimlikləri müəyyənləşib.

Redaktor.az xəbər verir ki, hadisə nəticəsində Səudiyyə Ərəbistanı vətəndaşları - 1978-ci il təvəllüdlü Azzah Alharbe, 1973-cü il təvəllüdlü Yehan Alharbe, 2001-ci il təvəllüdlü Shata Almohammadi Abdulsahad, 2008-ci il təvəllüdlü Lana Alharbe və 2004-cü il təvəllüdlü Fares Almoham - müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirildiyi üçün helikopter vasitəsilə Bakıdakı xəstəxanalardan birinə təxliyə edilib.

Chosen
30
7
redaktor.az

10Sources