UFC-nin yarım yüngül (66 kq) və yüngül çəkidə (70 kq) keçmiş çempionu Konor Makqreqor İrlandiya prezidentliyinə namizədliyini açıqlayıb.
İdman.biz xəbər verir ki, o bununla bağlı ölkə vətəndaşlarına müraciət edib.
UFC ulduzu İrlandiya konstitusiyasından ölkə prezidentinin seçilməsi ilə bağlı müddəanın dəyişdirmək üçün petisiya imzalamağa çağırıb. "Mənim həmvətənlərim və İrlandiya diasporunun üzvləri, mən İrlandiya prezidentliyinə namizədliyimi irəli sürmək niyyətimi elan etməkdən məmnunam. Bununla belə, qeyd etməliyəm ki, mövcud konstitusiya çərçivəsi demokratik iştirak üçün əhəmiyyətli maneələr yaradır. Mövcud qaydalara əsasən, namizəd seçilmək hüququ əldə etmək üçün ya parlamentin 20 üzvünün, ya da dörd qraflıq şurasının dəstəyini almalıdır. Bu sistem namizədlərin müəyyən dərəcədə siyasi təsirə malik olmasını təmin etmək üçün nəzərdə tutulsa da, irlandiyalı seçicilərin qərarların qəbulu prosesində birbaşa iştirak hüququnu istəmədən məhdudlaşdırır.Ona görə də təklif edirəm ki, namizədliyin irəli sürülməsi prosesinin dəyişdirilməsi üçün petisiyaya start verilsin. Məqsədim seçki bülletenində adımın olmasıdır. Hesab edirəm ki, İrlandiya vətəndaşları həm ölkə daxilində, həm də xaricdə prezident seçkilərində iştirak edəcək namizədləri sərbəst seçə bilməlidirlər. Ona görə də mən sizi bu petisiyanı imzalamaqla mənə qoşulmağa çağırıram.Sizin dəstəyiniz seçki prosesinin daha əhatəli və demokratik olmasına kömək edəcək. Bu, İrlandiya xalqına öz gələcəklərini müəyyən etmək imkanı verəcək”, deyə - Makqreqor sosial şəbəkədəki X səhifəsində yazıb.
İdman.biz