EN

Senatordan açıqlama: “Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalana bilər”

“ABŞ prezidenti Trampın təşəbbüsü ilə Cənubi Qafqaz ölkələri olan Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalanmaq ərəfəsindədir”.

“Cebheinfo.az”-ın məlumatına görə, respublikaçı senator Stiv Deyns “The Wall Street Journal” qəzetinə yazdığı məqaləsində belə qeyd edib.

“Bu, mühüm nailiyyət olacaq, regional və beynəlxalq sülhə, eləcə də iştirakçı ölkələrin hüdudlarından kənara çıxan iqtisadi faydalara töhfə verəcək, sabitliyə doğru daha bir addım olacaq”,-deyə senator bildirib. 

“1980-ci illərin sonundan keçmiş Sovet İttifaqının tərkibinə daxil olan Ermənistan və Azərbaycan arasında vaxtaşırı ciddi zorakılıqların baş verməsi ilə müşayiət olunan münaqişə baş verib".

Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunub. Uzun illərdən sonra Azərbaycan öz torpaqlarını geri qaytarıb. Lakin iki ölkə arasında hələ stabil münasibət və sülh müqaviləsi yoxdur.

"Sülhü bərqərar etmək üçün edilən çoxsaylı cəhdlər indiyə qədər səmərəsiz olub" - Deyns öz məqaləsində belə yazıb.

Onun sözlərinə görə, Tramp regionda və onun hüdudlarından kənarda sülhü və sabitliyi təşviq edir. Deyns əlavə edib ki, regionda və dünyada sülh və sabitlik naminə Ermənistan və Azərbaycan liderləri tezliklə onun imzalanmasını başa çatdırmalıdırlar.

Chosen
7
1
cebheinfo.az

2Sources